(16.05.1999 - 09.06.2024)
Hüseynov Ceyhun Tofiq oğlu (16 may 1999, Bakı – 9 iyun 2024, Naxçıvan) . Hüseynov Ceyhun, təhsil həyatında bir çox uğurlara imza atmışdır. Orta məktəbi qızıl medalla bitirmişdi. O, bir sıra beynəlxalq olimpiadalarda medallar qazanmış, müxtəlif ölkələrdə təhsil almış və sülh və konfliktin həlli sahəsində magistr təhsili almışdır.
Həyatı və Təhsili
Ceyhun Hüseynov 16 may 1999-cu ildə Bakı şəhərində anadan olub. 1999-2003-cü illərdə Moskva şəhərində yaşamış və 2005-ci ildə 252 saylı orta məktəbdə təhsil almağa başlamışdır. Dördüncü sinfə qədər həmin məktəbdə təhsilini davam etdirmiş, sonra isə imtahan yolu ilə Bakı Özəl Türk Liseyinə qəbul olmuşdur.
Beynəlxalq olimpiadalarda fəal iştirak etmiş və Riyaziyyat, İngilis dili olimpiadalarında gümüş medal, Coğrafiya olimpiadasında isə qızıl medal qazanmışdır. Yeddinci sinifdə Nyu-York şəhərində üç ay müddətində təcrübə keçmişdir. Eyni zamanda, İtaliyada BMT-nin komitə iclaslarında iştirak etmiş və çıxış etmişdir.
9-cu sinifdən 11-ci sinfə qədər Akademik Zərifə Əliyeva adına liseydə təhsilini davam etdirən Ceyhun, liseyi qızıl medalla bitirmişdir. O, təhsil müddətində davamlı olaraq "5" qiymətini almış və bir çox beynəlxalq sertifikatlar əldə etmişdir.
2016-cı ildə universitet imtahanında 627 bal toplayaraq, ADA Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə qəbul olmuşdur. Yaponiyada mübadilə proqramı ilə təhsilini davam etdirmişdir. 2022-ci ildə Tel-Əviv Dövlət Universitetində "Sülh və Konfiktin Həlli" sahəsində magistr təhsilini başlamış və 2023-cü ildə bu təhsilini tamamlamışdır.
Vətənpərvərlik
Ceyhun Hüseynov, vətənpərvərliyi ilə də tanınırdı,25 yaşında Brüsselə doktorantura təklifi almışdı, lakin vətənpərvər olduğu üçün ilk növbədə hərbi xidmətə getməyi qərara aldı.O,əmisi şəhid Hüseynov Ceyhun Tahir oğlu kimi vətənpərvər ruhlu idi.Əmisi 1994-cü ildə Talış kəndindəki döyüşlərdə şəhid olmuşdur.
Ceyhun, gitara və pianino ifa edə bilən, idmanla maraqlanan,Quran oxuyan bir gənc idi. Eyni zamanda, bir neçə dilə hakim idi və İngilis, Rus, Türk, Ərəb ,İvrit, Yapon, İndoneziya və Çin dillərində danışa bilirdi.
Ceyhun Hüseynov, 9 iyun 2024-cü ildə, hərbi xidmətinin bitməsinə 20 gün qalmış, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnük yaşayış məntəqəsində itkin düşmüşdür. 11 iyun 2024-cü ildə onun nəşi tapılmışdır.
Ceyhun Hüseynovun nəşi neytral zonada aşkar olunmuşdur. Mehkeme prosesi davam edir,hadisə şahidlərinin ifadələrinə əsasən, onun düşmən tərəfdən açılan atəş nəticəsində vurularaq şəhid olduğu bildirilir.
Ceyhun Hüseynov Ordubad rayonunun Gənzə kəndində, babasının və şəhid əmisi Hüseynov Ceyhun Tahir oğlunun yanında dəfn edilmişdir.
Huseynov Ceyhun
Tahir
(22.01.1975 - 17.04.1994)
...
...
...