Xəbərlər

Bir ailədən eyni adlı və eyni soyadlı iki şəhid

Ölkələrarası beynəlxalq münasibətlər tədqiqatçılarının iş istiqamətləri çoxşaxəlidir. Onları həmişə və daim aşağıdakı məsələlər daha çox düşündürür və tətqiqatlar aparmağa yönəldir: 1) Ərazicə və əhalicə nisbətən kiçik olan Azərbaycan artıq dünya ölkələri arasında söz sahibi olan ölkəyə çevrilib. “İnkişafın Azərbaycan modeli” yaranıb və dünya ölkələrinin diqqət mərkəzinə keçib.

 

2) Necə olur ki, bəzi ölkələrdə, xüsusən Ermənistanda gənclər xidmətdən, müharibəyə getməkdən yayınmağa çalışırlar və fərarilik edirlər. İkinci Qarabağ müharibəsində Ermənistanda 10 mündən artıq fərari olduğu halda, Azərbaycanda bir nəfər belə fərari olmamışdır. Bütün Azərbaycan gəncləri, o cümlədən xarici ölkə universitetlərində oxuyub yüksək təhsil almış gənc mütəxəssislər də orduya gedir Vətənə xidmət etməyə can atırlar.

Tədqiqatların və araşdırmaların nəticəsi göstərir ki, bunun əsas səbəbləri aşağıdakılardır:

1)Azərbaycanda xalqın dövlətə inamı;

2)Uşaqlar və Gənclər arasında Vətənə məhəbbət hissinin təbliğ edilməsi;

3)Gənclərə, əsgərlərə və hərbiçilərə dövlət qayğısının göstərilməsi;

4)Əsgərlərin, hərbiçilərin əməyinin və şücaətinin yüksək səviyyədə dəyərləndirilməsi;

5) Azərbaycan gənclərinin dünya təhsil, iqtisadi və siyasi meydanına çıxması nəticəsində Milli qeyrət və Vətənə məhəbbət hissinin daha da artması və s....

Bu səbəblərin nəticəsidir ki, Azərbacanda dövlətə və orduya olan inam ildən-ilə artmaqdadır. Hər bir əsgər və hərbiçi bilir ki, onun özünün və ailəsinin arxasında dövlət var, onu qoruyur, müdafiə edir və xidmətləri qiymətləndiriləcəkdir.

Torpağa, vətənə və orduya olan məhəbbət insanın içindən, ürəyinin ən dərin qatlarından gələndə bu uğura, qələbəyə, şərəfə və şöhrətə aparıb çıxarır.

Bütün təlim-tərbiyələrin, vətənə torpağa məhəbbət tərbiyəsi başda olmaqla əsasında ailə tərbiyəsi dayanır. Azərbaycanda bu hisslərlə, bu amal və arzularla yaşayan ailələrdən biri də Ordubad rayonunun Gənzə kəndindəki şəhid Hüseynovlar ailəsidir.

Ailənin birinci şəhidi Hüseynov Ceyhun Tahir oğlu 1994-cü ildə birinci Qarabağ müharbəsi zamanı Goranboyun Talış kəndi uğrunda döyüşlərdə həyatını itirmişdi.

Şəhid əmisinin adı və soyadıyla eyni olan Hüseynov Ceyhun Tofiq oğlu - ikinci Ceyhun Hüseynov məhz vətənə məhəbbət səbəbindən belə bir şərəfli yola çıxmışdı. Ürəyinin hökmü ilə Rəsmi imtiyaz olmasına baxmayaraq ürəyinin hökmü ilə həqiqi hərbi xidmətə gətirmişdi, ən ağır hərbi hissədə, erməni postu ilə üzbəüz, dağın başında xidmət edirdi.

25 yaşı tamam olandan 23 gün sonra, ehtiyata buraxılması haqqında Dövlət Başçısının sərəncamı olduğu halda, həqiqi hərbi xidmətinin başa çatmasına 20 gün qalmış, həyatının ən sevincli günlərində açılan atəşlə həyatını itirib, 9 iyun 2024-cü ildə vətən, torpaq yolunda dünyasını dəyişib. Belə bir qeyrətli, istedadlı və igid əsgərimizin ölümündən artıq bir il keçir. O heç vaxt unudulmayacaq, yaddan çıxmayacaq, qəlbimizdə və xatirələrdə daim yaşayacaqdır.

Son 22 ildə Azərbaycanın siyasi, iqtisadi və hərbi qələbələrinin sayı-hesabı yoxdur. Bütün qələbələrin başında Azərbaycan dövlətinin, Azərbaycanın Dövlət Başçısının apardığı dərin, balanslaşdırılmış siyasəti, səriştəsi, istedadı, qabiliyyəti və iradəsi dayanır.

Bu siyasətdə mühüm istiqamətlərdən biri “Şəhidlər ölməz, vətən bölünməz” şuarı və andı olub.

Bu məqsədin və amalın gənclərin beyninə yeridilməsinə, ürəyinə həkk edilməsinə görə Dövlətimizin Başçısına, Ali Baş Komandana bütün xalq, millət, şəhid ailələri, qaziləri, onların ata-anaları, Gənzə kənd əhli adından dərin hörmət və ehtiramımızı bildiririk.

Mən 2023-cü ildə hələ Xankəndi ermənilərin işğalında olan zaman Şuşaya getmişdim. Oradan Xankəndi və ətrafa baxandan sonra hələ o vaxt çıxışımda və məqalələrimdə tıklif vermişdim ki, Şuşanın ən hündür yerində, Cıdır düzünün başında Müzəffər Ali Baş Komandanın ayaq üstə, qabağa uzanan möhkəm yumruğu ilə, uca bir heykəli qoyulsun, bu heykəl hər bir yerdən görünsün. Bu bizim borcumuzdur.

Mən əminəm ki, bizim milli qeyrətli əsgərimiz Ceyhun Hüseynovun istedadı, şəhidliyi, şəxsiyyəti, Vətən qarşısında xidmətləri layiqli qiymətini alacaq, və dəyərləndiriləcəkdir.

Yaşasın Azərbaycan...

Yaşasın Cənab Prezidentimiz...

Qarabağ Azərbaycandır.

Hacı Müzəffər Məmmədov
Professor-doktor

Hüseynov Ceyhun Tofiq oğlunun il mərasimi keçirildi. Mərasimdə iştirak edən qohumlar və kənd sakinləri onunla bağlı xatirələrini bölüşərək media nümayəndələrinə müsahibələr verdilər.

ƏMİSİ CEYHUNUN İZİ İLƏ GEDƏN VƏ ONUN ADINI DAŞIYAN ŞƏHİD!- Ordubadda 1 ailənin 2 şəhidi yad edildi

Media Paylaşımları

Ordubadın Gənzə kəndindən bir ocaqdan iki şəhid: Ceyhun Hüseynov əmisi Ceyhunun izi ilə şəhid oldu..

Ceyhun Hüseynovun il mərasimi keçirildi –

VİDEOREPORTAJ

 

Ötən il Naxçıvanda hərbi xidmətdə dünyasını dəyişən Ceyhun Hüseynovun il mərasimi keçirilib.

Ordubad rayonunun Gənzə kəndində baş tutan mərasimdə məhrumun yaxınları, şəhid anaları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Onlar mərhumun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Xatırladaq ki, Ceyhun Hüseynov 16 noyabr 1999-cu ildə Bakı şəhərində anadan olub. O, mehribançılığı, səmimiyyəti, çalışqanlığı ilə hər zaman yaşıdlarından fərqlənib. Liseyi bitirdikdən sonra qəbul imtahanında 627 bal toplayan Ceyhun ADA Universitetində təhsilini davam etdirib. Daha sonra isə Təl-Əvivdə magistratura təhsilini bitirib.

Ali təhsilini başa vurduqdan sonra Vətən qarşısında borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Lakin hərbidən tərxis olunmağına 20 gün qalmış onun qısa və lakin mənalı ömrü sona çatıb. Belə ki, əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb. İyunun 11-də isə onun nəşi tapılıb.

Mərhumun nəşi Ordubad rayonunun Gənzə kəndində torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

 

Bizim.Media

09.06.2025

Lalə Azərtaş

"İki Ceyhun, İki Şəhid"

Diplom və Sertifikarlar
2025-05-13 15:36   Diplom və Sertifikat        
Tel-Əviv Universiteti Ceyhun Hüseynovun xatirəsinə təqaüd təsis edib
2025-05-13 14:30   Tel-Əviv Universiteti Ceyhun Hüseynovun xatirəsinə təqaüd...
Kitabxana
2025-05-13 13:41       Ceyhun Hüseynovun Evində Şəxsi Kitabxanası Var id...
ZƏRIFƏ ƏLIYEVA ADINA LISEYI QIZIL MEDALLA BITIRIB
2025-05-13 12:29 Гусейнов Джейхун окончил лицей имени Зарифы Алиевой с золото...