Xəbərlər

Bir ailədən eyni adlı və eyni soyadlı iki şəhid

Ölkələrarası beynəlxalq münasibətlər tədqiqatçılarının iş istiqamətləri çoxşaxəlidir. Onları həmişə və daim aşağıdakı məsələlər daha çox düşündürür və tətqiqatlar aparmağa yönəldir: 1) Ərazicə və əhalicə nisbətən kiçik olan Azərbaycan artıq dünya ölkələri arasında söz sahibi olan ölkəyə çevrilib. “İnkişafın Azərbaycan modeli” yaranıb və dünya ölkələrinin diqqət mərkəzinə keçib.

 

2) Necə olur ki, bəzi ölkələrdə, xüsusən Ermənistanda gənclər xidmətdən, müharibəyə getməkdən yayınmağa çalışırlar və fərarilik edirlər. İkinci Qarabağ müharibəsində Ermənistanda 10 mündən artıq fərari olduğu halda, Azərbaycanda bir nəfər belə fərari olmamışdır. Bütün Azərbaycan gəncləri, o cümlədən xarici ölkə universitetlərində oxuyub yüksək təhsil almış gənc mütəxəssislər də orduya gedir Vətənə xidmət etməyə can atırlar.

Tədqiqatların və araşdırmaların nəticəsi göstərir ki, bunun əsas səbəbləri aşağıdakılardır:

1)Azərbaycanda xalqın dövlətə inamı;

2)Uşaqlar və Gənclər arasında Vətənə məhəbbət hissinin təbliğ edilməsi;

3)Gənclərə, əsgərlərə və hərbiçilərə dövlət qayğısının göstərilməsi;

4)Əsgərlərin, hərbiçilərin əməyinin və şücaətinin yüksək səviyyədə dəyərləndirilməsi;

5) Azərbaycan gənclərinin dünya təhsil, iqtisadi və siyasi meydanına çıxması nəticəsində Milli qeyrət və Vətənə məhəbbət hissinin daha da artması və s....

Bu səbəblərin nəticəsidir ki, Azərbacanda dövlətə və orduya olan inam ildən-ilə artmaqdadır. Hər bir əsgər və hərbiçi bilir ki, onun özünün və ailəsinin arxasında dövlət var, onu qoruyur, müdafiə edir və xidmətləri qiymətləndiriləcəkdir.

Torpağa, vətənə və orduya olan məhəbbət insanın içindən, ürəyinin ən dərin qatlarından gələndə bu uğura, qələbəyə, şərəfə və şöhrətə aparıb çıxarır.

Bütün təlim-tərbiyələrin, vətənə torpağa məhəbbət tərbiyəsi başda olmaqla əsasında ailə tərbiyəsi dayanır. Azərbaycanda bu hisslərlə, bu amal və arzularla yaşayan ailələrdən biri də Ordubad rayonunun Gənzə kəndindəki şəhid Hüseynovlar ailəsidir.

Ailənin birinci şəhidi Hüseynov Ceyhun Tahir oğlu 1994-cü ildə birinci Qarabağ müharbəsi zamanı Goranboyun Talış kəndi uğrunda döyüşlərdə həyatını itirmişdi.

Şəhid əmisinin adı və soyadıyla eyni olan Hüseynov Ceyhun Tofiq oğlu - ikinci Ceyhun Hüseynov məhz vətənə məhəbbət səbəbindən belə bir şərəfli yola çıxmışdı. Ürəyinin hökmü ilə Rəsmi imtiyaz olmasına baxmayaraq ürəyinin hökmü ilə həqiqi hərbi xidmətə gətirmişdi, ən ağır hərbi hissədə, erməni postu ilə üzbəüz, dağın başında xidmət edirdi.

25 yaşı tamam olandan 23 gün sonra, ehtiyata buraxılması haqqında Dövlət Başçısının sərəncamı olduğu halda, həqiqi hərbi xidmətinin başa çatmasına 20 gün qalmış, həyatının ən sevincli günlərində açılan atəşlə həyatını itirib, 9 iyun 2024-cü ildə vətən, torpaq yolunda dünyasını dəyişib. Belə bir qeyrətli, istedadlı və igid əsgərimizin ölümündən artıq bir il keçir. O heç vaxt unudulmayacaq, yaddan çıxmayacaq, qəlbimizdə və xatirələrdə daim yaşayacaqdır.

Son 22 ildə Azərbaycanın siyasi, iqtisadi və hərbi qələbələrinin sayı-hesabı yoxdur. Bütün qələbələrin başında Azərbaycan dövlətinin, Azərbaycanın Dövlət Başçısının apardığı dərin, balanslaşdırılmış siyasəti, səriştəsi, istedadı, qabiliyyəti və iradəsi dayanır.

Bu siyasətdə mühüm istiqamətlərdən biri “Şəhidlər ölməz, vətən bölünməz” şuarı və andı olub.

Bu məqsədin və amalın gənclərin beyninə yeridilməsinə, ürəyinə həkk edilməsinə görə Dövlətimizin Başçısına, Ali Baş Komandana bütün xalq, millət, şəhid ailələri, qaziləri, onların ata-anaları, Gənzə kənd əhli adından dərin hörmət və ehtiramımızı bildiririk.

Mən 2023-cü ildə hələ Xankəndi ermənilərin işğalında olan zaman Şuşaya getmişdim. Oradan Xankəndi və ətrafa baxandan sonra hələ o vaxt çıxışımda və məqalələrimdə tıklif vermişdim ki, Şuşanın ən hündür yerində, Cıdır düzünün başında Müzəffər Ali Baş Komandanın ayaq üstə, qabağa uzanan möhkəm yumruğu ilə, uca bir heykəli qoyulsun, bu heykəl hər bir yerdən görünsün. Bu bizim borcumuzdur.

Mən əminəm ki, bizim milli qeyrətli əsgərimiz Ceyhun Hüseynovun istedadı, şəhidliyi, şəxsiyyəti, Vətən qarşısında xidmətləri layiqli qiymətini alacaq, və dəyərləndiriləcəkdir.

Yaşasın Azərbaycan...

Yaşasın Cənab Prezidentimiz...

Qarabağ Azərbaycandır.

Hacı Müzəffər Məmmədov
Professor-doktor

Hüseynov Ceyhun Tofiq oğlunun il mərasimi keçirildi. Mərasimdə iştirak edən qohumlar və kənd sakinləri onunla bağlı xatirələrini bölüşərək media nümayəndələrinə müsahibələr verdilər.

ƏMİSİ CEYHUNUN İZİ İLƏ GEDƏN VƏ ONUN ADINI DAŞIYAN ŞƏHİD!- Ordubadda 1 ailənin 2 şəhidi yad edildi

Media Paylaşımları

Ordubadın Gənzə kəndindən bir ocaqdan iki şəhid: Ceyhun Hüseynov əmisi Ceyhunun izi ilə şəhid oldu..

Ceyhun Hüseynovun il mərasimi keçirildi –

VİDEOREPORTAJ

 

Ötən il Naxçıvanda hərbi xidmətdə dünyasını dəyişən Ceyhun Hüseynovun il mərasimi keçirilib.

Ordubad rayonunun Gənzə kəndində baş tutan mərasimdə məhrumun yaxınları, şəhid anaları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Onlar mərhumun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Xatırladaq ki, Ceyhun Hüseynov 16 noyabr 1999-cu ildə Bakı şəhərində anadan olub. O, mehribançılığı, səmimiyyəti, çalışqanlığı ilə hər zaman yaşıdlarından fərqlənib. Liseyi bitirdikdən sonra qəbul imtahanında 627 bal toplayan Ceyhun ADA Universitetində təhsilini davam etdirib. Daha sonra isə Təl-Əvivdə magistratura təhsilini bitirib.

Ali təhsilini başa vurduqdan sonra Vətən qarşısında borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Lakin hərbidən tərxis olunmağına 20 gün qalmış onun qısa və lakin mənalı ömrü sona çatıb. Belə ki, əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb. İyunun 11-də isə onun nəşi tapılıb.

Mərhumun nəşi Ordubad rayonunun Gənzə kəndində torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

 

Bizim.Media

09.06.2025

Lalə Azərtaş

"İki Ceyhun, İki Şəhid"

 

Tel-Əviv Universiteti Ceyhun Hüseynovun xatirəsinə təqaüd təsis edib

 

Tel-Əviv Universiteti öz görkəmli tələbələrindən biri olan Ceyhun Hüseynovun faciəli ölümü ilə bağlı reaksiya verərək onun adını daşıyan təqaüd proqramı təsis edib.

Bu müsahibədə STMEGI Tel-Əviv Universitetində Münaqişələrin Həlli və Vasitəçilik üzrə Beynəlxalq Magistr Proqramının direktoru Korey Gil-Şusterlə Ceyhun Hüseynovun xatirəsini anmaq məqsədilə söhbət edib. Ceyhun həmin proqramın sabiq tələbəsi olub.

Korey Gil-Şuster belə xatırlayır:

“Ceyhun bizim proqramda 2022-ci ilin oktyabrından 2023-cü ilin avqustuna qədər təhsil alıb. Mənim bildiyimə görə, o, bu proqramda birbaşa Azərbaycandan gəlmiş ilk tələbə idi. Azərbaycanda yaşayan başqa tələbələrimiz olmuşdu, amma o, birinci dəfə birbaşa oradan gəlmişdi. Ceyhun proqramımızı həqiqətən çox sevirdi. O, möhtəşəm, mehriban, nəzakətli və ölkəsinə xidmət etmək, qruplar və fərdlər arasında münaqişələrin qarşısını almaq yollarını axtaran bir insan idi. Əslində, İsraildə qalmaq istəyirdi, amma hərbi xidmətə görə Bakıya qayıtdı.”

Ceyhun Hüseynov təkcə tələbə deyildi, o, böyük bir missiyası olan bir insan idi. Onun xalqlar arasında sülh və qarşılıqlı anlaşmaya yönəlmiş məqsədi onu tanıyanların hamısının qəlbində əks-səda doğurmuşdu. Korey Gil-Şuster paylaşır:

“Bildiyim qədərilə, o, hərbi xidmətdən sonra dərhal burada doktorantura təhsilinə başlamağı planlaşdırırdı. Onun faciəsi barədə iki həftə sonra xəbər aldım. Bu barədə bizə onun kurs yoldaşları məlumat verdi və hamımız şoka düşdük. Onun və ailəsinin adı üçün nəsə vacib bir iş görmək barədə düşündük. Əvvəlcə nə edəcəyimizi bilmirdik, sonra mən onun adını daşıyan təqaüd proqramı yaratmağı təklif etdim ki, bu, onun xatirəsini əbədiləşdirə bilsin.”

Beləliklə, Ceyhun Hüseynovun xatirəsinə təqaüd proqramı yaradıldı. Korey Gil-Şuster izah edir:

“Çünki o, sülh yaratmağa, qarşılıqlı anlayışa və insanları birləşdirməyə çox bağlı idi. O, məhz belə bir tələbə idi. Biz bu addımı atmaqdan çox məmnunuq.”

İndi Ceyhunun davam etdirdiyi işləri davam etdirmək istəyən hər kəs bu təqaüd üçün müraciət edə bilər. Proqram münaqişələrin həlli sahəsində çalışan və ya bu sahəyə həsr olunmaq istəyən tələbələr üçün 5000 ABŞ dollarınadək maliyyə dəstəyi təqdim edir.

Təqaüd proqramına buradan müraciət etmək mümkündür. Ümid edirik ki, bu təşəbbüs Azərbaycan və qonşu regionlarda münaqişə zonalarında yaşayan daha çox tələbəni cəlb edəcək.

Korey Gil-Şuster sözlərini belə tamamlayır:

“O, məhz belə bir tələbə idi. Möhtəşəm bir insan idi və biz universitetdə onun üçün nəsə həsr etmək istədik.”

Ceyhun Hüseynovun xatirəsi onu tanıyanların və bu təqaüdü qazanaraq onun yolunu davam etdirənlərin qəlbində yaşayacaq.

Qeyd edək ki, Ceyhun Hüseynov 2016-cı ildə akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib və universitetə qəbul imtahanında 627 bal toplayaraq ADA Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə qəbul olunmuşdu. Sonra mübadilə proqramı çərçivəsində Yaponiyada təhsil almış, magistr dərəcəsini isə Tel-Əviv Universitetində qazanmışdı. Vətənə qayıtdıqdan sonra hərbi xidmətə yollanmışdı. Müdafiə Nazirliyinin məlumatına əsasən, 9 iyun tarixində naməlum şəraitdə itkin düşmüş hərbi qulluqçu Ceyhun Hüseynovun nəşi Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi istiqamətində aşkarlanıb. Faktla bağlı AR Cinayət Məcəlləsinin 120.2.12-ci maddəsi (xüsusi amansızlıqla qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.

Новость с Сайта - https://stmegi.com/posts/119475/tel-avivskiy-universitet-uchredil-stipendiyu-v-pamyat-o-dzheykhune-guseynove/?lang=en